• ƏSAS SƏHİFƏ
  • SƏNƏDLƏR
    • Azərbaycan Respublikasının Konstitusiyası
    • Azərbaycan Respublikasının Əmək Məcəlləsi
    • Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu
    • Təhsilin inkişafı üzrə Dövlət Strategiyası
  • TƏLİMATLAR
    • Elektron müraciət üçün təlimat
    • Test imtahanına dair təlimat
    • İmtahana hazırlıq proqramı
  • ELANLAR
  • SUAL-CAVAB
  • ƏLAQƏ
Vəzifələr və tələblər:

Təlim-tərbiyə işləri üzrə direktor müavini

Pedaqoji və ya idarəetmə sahəsi üzrə ali təhsil; Ən azı 3 il pedaqoji staj, təhsilin təşkili və idarə olunması üzrə diplom (sertifikat).
Gənclərin təhsil və tərbiyə məsələlərinə dair dövlət və hökumət orqanlarının qərarlarını, “Azərbaycan Respublikasının Təhsil Qanunu”nu, Uşaq Hüquqları Konvensiyasını, “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununu; təhsilin idarə olunması üzrə tənzimləyici və normativ-hüquqi sənədləri, idarəetmənin elmi əsaslarını və müasir metodlarını; tədris proqramları və tədris-metodiki sənədlərlə işi, müəllimlərin əməyinin tarifləşdirilməsi qaydalarını; pedaqoji-psixoloji bilikləri; qabaqcıl təlim-tərbiyə metodlarını; respublikamızda və xarici ölkələrdəki pedaqogika və pedaqoji psixologiya elminin son nailiyyətlərini; yaşayış yerlərində və dərsdən sonra gənclərin tərbiyə işinin təşkili yollarını; informasiya-kommunikasiya sistemlərindən istifadəni; təhsil innovasiyalarını və pedaqoji texnologiyaları; əmək qanunvericiliyini və əməyin hüquqi tənzimlənməsi üzrə normativ sənədləri; hesabatvermə və statistikanın əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə qaydalarını.

Uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı

Ali pedaqoji təhsil, təlim-tərbiyə sahəsində 3 il iş stajı;
Tərbiyə məsələləri ilə bağlı dövlətin qərar və sərəncamlarını, təhsil-tərbiyə ilə əlaqədar normativ sənədləri, pedaqogikanı, psixologiyanın əsaslarını, tərbiyənin tədrislə vəhdətini, insan hüquqları və azadlıqları qətnaməsini, uşaq hüquqları haqqında konvensiyanı, fəal təlim metodlarını, sosial-psixoloji ünsiyyət metodlarını.

Psixoloq

İş stajına tələb qoyulmadan baza psixoloji təhsili olan psixoloq;
Azərbaycan Respublikasının Təhsil Qanununu, insan hüquqları və azadlıqları qətnaməsini, uşaq hüquqları haqqında konvensiyanı, uşaq və yeniyetmələrin təlim və tərbiyəsi haqqında normativ sənədləri, əməyin mühafizəsi, sağlamlığının qorunması, ümumi psixologiyanı, pedaqoji psixologiyanı və ümumi pedoqogikanı, şəxsiyyətin psixologiyasını, sosial psixologiyanı, uşaq və yaş psixologiyasını, fərdi və qrup məsləhətinin müasir metodlarını, uşağın normal və anormal inkişafının diaqnostikası və korreksiya metodlarını.

Uşaq birliyi təşkilatının rəhbəri

İş stajına tələb qoyulmadan ümumi orta təhsili, orta ixtisas təhsili, ali təhsilli olanlar, uşaq birliyi təşkilatı rəhbərləri hazırlayan Respublika məktəbini bitirənlər;
Uşaq hərəkatının qanunauyğunluğunu, ənənələrini, uşaq və gənclərin hüquqlarını, tərbiyə və özünütərbiyənin pedaqogika və psixologiyasını, pedaqoji etikanı, uşaq və yeniyetmələrin fərdi və yaş xüsusiyyətlərini, uşaq kollektivlərinin psixologiyasını, uşaq təşkilatlarının iş xüsusiyyətlərini, uşaq birlikləri təşkilatının rəhbərlərinin vəzifələri qarşısında duran tələbləri.

Laborant

İş stajına tələb qoyulmadan ümumi orta təhsili, orta ixtisas təhsili, ali təhsilli olanlar;
Laboratoriya işləri və digər dərs məşğələlərinin keçirilməsi üzrə rəhbər və normativ sənədləri: onlardan istifadə edilməsi metodlarını; tədris avadanlıqlarından, təlimin texniki vasitələrindən, cihazlardan istifadə olunmasının mövcud standartlarını və texniki şərtlərini, avadanlıqlardan istifadə qaydalarını; əməyin elmi təşkilinin əsaslarını; texniki təhlükəsizlik, sanitariya və yanğından mühafizə qaydalarını.

Kitabxanaçı

Peşə üzrə ali və ya orta ixtisas təhsili
kitabxana işi və təhsil haqqında qanunvericiliyi, dövlət proqramlarını; kitabxana işinə dair sənədləri; kitabxanaşünaslığı; kitabların qəbul edilmiş təsnifat sistemini; kataloqların tərtib edilmə qaydalarını; ədəbiyyat fondunun komplektləşdirilməsini, qorunmasını və uçotunu; kitabların təbliği üzrə kütləvi işin forma və metodlarını; xarici və ölkədaxili kitabxanaların qabaqcıl iş təcrübəsini; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Metodist


Gənclərin çağırışa qədərki hərbi hazırlığı

Ali və ya orta ixtisas hərbi, yaxud ali mülki təhsilli, ehtiyatda (istefada) olan zabitlər.
Gənclərin çağırışaqədərki hazırlığı işlərinin təşkilini, vətənpərvərlik tərbiyəsi üzrə xidmətin və digər orqanların qərarlarını, silahların, cihazların, təlimin hərbi texnika vasitələrinin istifadəsini; gənclərin çağırışaqədərki hazırlığı və hərbi vətənpərvərlik tərbiyəsinin həyata keçirilməsinin forma və metodlarını; pedaqogika və psixologiya elminin əsaslarını; hesabat və tədrislə bağlı sənədlərin tərtibi normalarını, silah və sursatların istifadəsi və saxlanılması tələblərini; informasiya- kommunikasiya texnologiyalarından istifadə tələblərini; təhsilalanların həyat və sağlamlığının qorunması şərtlərini; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını.
ZƏRURİ QEYD : Azərbaycan Respublikası Təhsil Nazirliyinin 15.05.2017-ci il tarixli, 54 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”na əsasən, müəssisələrdə vakant olan gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər vəzifəsinə işə qəbul tabelik üzrə təhsili idarəetmə orqanı və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin strukturuna daxil olan yerli idarəetmə orqanları ilə razılaşdırılmaqla müəssisə rəhbəri tərəfindən həyata keçirilir.
Müsabiqədə göstərdiyi nəticə nəzərə alınaraq, eyni zamanda, yuxarıda qeyd edilən qaydaların tələblərinə uyğun olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin strukturuna daxil olan müvafiq yerli idarəetmə orqanının yazılı razılığı təqdim edildikdən sonra namizədin işə qəbuluna Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müvafiq razılıq veriləcəkdir.

Kitabxana müdiri



© 2022 - Bakı Şəhəri üzrə Təhsil İdarəsi